AZ

Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları MÜZAKİRƏ EDİLDİ - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumu çərçivəsində Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

“OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialını vurğuladıq.

Enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanlarını müzakirə etdik”, - nazir qeyd edib.



Bizim.Media

Seçilən
17
9
bizim.media

10Mənbələr