AZ

Astronomlar kainatda 10 trilyon Günəş qədər parlaq püskürmə aşkar ediblər

ain.az bildirir, Oxu.az portalına istinadən.

NASA-nın "Chandra" teleskopu və "Very Large Array" radioteleskopu alimlərə 11/6 milyard işıq ili uzaqlıqda yerləşən iki qədim kvazarın güclü enerji püskürmələrini müşahidə etməyə imkan verib. Bu kvazarların hər birinin mərkəzində superkütləli qara dəliklər yerləşir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Space" portalı məlumat yayıb.

Kəşf edilən axınlardan biri 300 min işıq ili uzunluğundadır və içindəki hissəciklər işıq sürətinin 98%-nə qədər sürətlə hərəkət edir. Onun daşıdığı enerji isə 10 trilyon Günəşin enerjisinə bərabərdir.

Maraqlısı odur ki, bu axınlar o qədər uzaqdadır ki, hələ də yalnız rentgen şüalanması vasitəsilə görünə bilir. Alimlər hesab edirlər ki, bu fenomen kainatın ilkin dövrlərində superkütləli qara dəliklərin necə bu qədər sürətlə böyüdüyünü anlamağa kömək edəcək.

Kvazarlar mərkəzində superkütləli qara dəlik yerləşən, ətrafı çox parlaq akkresiya diski ilə əhatələnmiş nəhəng kosmik obyektlərdir. Bu qara dəliklərə düşən maddə sürətlə qızaraq parlayır və nəticədə kvazarlar kainatdakı ən parlaq obyektlərdən birinə çevrilir. Bundan əlavə, kvazarlar çox güclü enerji və şüalanma axınları buraxır. Bu axınlar adətən qara dəliyin ətrafındakı diskin müstəvisinə perpendikulyar şəkildə yönəlir və minlərlə işıq ili uzaqlığa qədər yayıla bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr