Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Real” Brahim Diasla müqaviləni uzatmağa yaxındır. SİA xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, klub və 25 yaşlı yarımmüdafiəçi təxminən iki həftədir davam edən danışıqlardan sonra demək olar ki, razılığa gəliblər. Yeni müqavilə daha beş il, 2030-cu ilə qədər qüvvədə olacaq. Brahimin “Real”la hazırkı müqaviləsi 2027-ci ildə başa çatır. Ötən mövsüm yarımmüdafiəçi La Liqada 31 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.