Nəhayət, Florian Virtsin yeni mövsümə harda başlayacağı məlum olub.
"Football-plus.az" xəbər verir ki, “Bayer-04”ün futbolçusunun “Liverpul”a keçəcəyi dəqiqləşib.
Almaniyanın “Bild” nəşrinin xəbərinə görə, 22 yaşlı yarımmüdafiəçi gələn həftə yeni klubunda tibbi müayinədən keçəcək. Transferin detalları ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Bəzi mənbələr klubların danışıqlar prosesində anlaşdığını, “Liverpul”un təxminən 130-135 milyon avro xərcə düşəcəyini xəbər verib.
Florian yenicə başa çatan mövsümdə “Bayer-04”də bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta