AZ

Magistral kəmərdə QƏZA: Bakının hansı ərazilərində su fasilələrlə verilir?

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.

Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır.

Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.

Nərimanov rayonunda Atatürk prospekti və Akademik H.Əliyev küçəsində suyun verilməsində məhdudiyyətlər mövcuddur.

Seçilən
18
26
publika.az

10Mənbələr