AZ

ABŞ yə inam azalmağa davam edir Britaniya nəşri

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliyalıların əksəriyyəti ABŞ-yə inamın azalması davam etdiyi üçün Çinin 2035-ci ilə qədər dünyanın aparıcı gücü olacağına inandığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti ölkədə keçirilən sorğunun nəticələrinə əsasən yazıb.

"ABŞ-yə inam azaldıqca Çin 2035-ci ilə qədər dünyanın ən güclü ölkəsi olacaq. Çin lideri Si Cinpinə inam dörd pillə artaraq 16%-ə çatıb", - nəşr yazır.

Qəzet həmçinin yazır ki, avstraliyalılar kimin daha etibarlı tərəfdaş olması - Çin lideri Si Cinpin və ya Amerika Prezidenti Donald Tramp olması ilə bağlı eyni dərəcədə bölünür.

“The Guardian”ın istinad etdiyi analitik mərkəzinin 2025-ci il hesabatına görə, respondentlərin yalnız 25%-i Trampın xarici siyasətinə inandığını bildirib. Bir il əvvəl ABŞ-nin keçmiş prezidenti Co Baydenə 46% etimad var idi.

Bundan əvvəl "Euractiv" nəşri Tramp administrasiyasının dünyanın əksər ölkələrindən gələn xarici məhsullara tətbiq etdiyi rüsumların “Amerika əsrinin sonu”na gətirib çıxara biləcəyini yazmışdı. Nəşr ABŞ-nin "Eurasia Group" konsaltinq şirkətinin menecerlərindən biri Müctəba Rəhmanın fikrinə istinad edir. O hesab edir ki, Vaşinqton administrasiyasının bu cür iqtisadi siyasətinin nəticəsi dolların dünya səhnəsində mövqeyinin zəifləməsi ola bilər.

Turan İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
redaktor.az

2Mənbələr