AZ

71 minlik stadionda 22 min tamaşaçı - "Çelsi" "Los-Anceles"ə qalib gəldi

BAKI. 17 iyun. TELEQRAF

ABŞ-da keçirilən klublararası dünya çempionatında D qrupunun İngiltərənin "Çelsi" və yerli "Los-Anceles" komandaları arasındakı ilk tur matçını 22 137 tamaşaçı izləyib.

Teleqraf xəbər verir ki, görüş "zadəganlar"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Pedru Netu 34-cü, Entso Fernandes 79-cu dəqiqədə vurub.

Matç 71 min tamaşaçı tutumuna malik "Mersedes Bens" stadionunda təşkil olunub.

Qeyd edək ki, qrupun digər oyunu Braziliyanın "Flamenqo" və Tunisin "Esperans" komandaları arasında keçiriləcək. Bakı vaxtı ilə saat 06:00-da start götürəcək matç Filadelfiya şəhərindəki "Linkoln Faynenşel Fild" stadionunda baş tutacaq.

Seçilən
10
teleqraf.com

1Mənbələr