AZ

Millimizin müdafiəçisi: "İranda müqavilə imzalamağı planlaşdırırdım, indi hər şey dəyişib"

“Müharibə tezliklə dayansa, karyeramı İranda davam etdirəcəm”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının iranlı futbolçusu Höccət Haqverdi deyib.

Bu yaxınlarda”Neftçi”dən ayrılan 32 yaşlı müdafiəçi bildirib ki, İsraillə müharibənin başlaması onun transferini yubadıb:

“Özüm İranda deyiləm. Hələ nə olacağını gözləyirəm.

İranda müqavilə imzalamağı planlaşdırırdım, amma indi hər şey dəyişib. Bəlkə də başqa yerdə olacaq”.

Höccət Haqverdi əslən Məşhəd şəhərindəndir. O. müharibədə yaxınlarının heç bir ziyan görmədiyini bildirib:

“İranda çoxlu qohumum var. Şükür Allaha, hamısı təhlükəsiz şəraitdədir.

Qardaşım da İrandadır, onun da həmçinin təhlükəsi yoxdur. Döyüş zonaları əsasən hərbi hissələrin yaxınlığında olur.

Ona görə insanlar da təhlükəsizlik şəraitindədirlər”.

Təcrübəli oyunçu müharibə barədə danışmaq istəmədiyini də əlavə edib.

Seçilən
4
sportinfo.az

1Mənbələr