Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 650 m² olan hamamın sauna otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.