AZ

TV, SU XƏTTİ, NEFT ANBARLARI, MAGİSTRAL YOL... - İsrail İranda mülki hədəfləri də vurur (VİDEO)

İsrail qırıcıları İranı bombalamaqda davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail İranda mülki yaşayış məntəqələrinə hücumlar edəcəyini elan etdikdən qıssa müddət sonra İran dövlət televiziyasının binası daxil olmaqla, bir çox mülki və sosial binaları vurmağa başlayıb.

Belə ki, qadın xəbər aparıcısı İsrailin hücumlarından danışarkən bina vurulub, studiyaya ciddi ziyan vurub (Həmin anın videosu aşağıda təqdim olunub - MİA.AZ). 

İranın rəsmi xəbər agentliyi İRNA yazır ki, İsrailin Tehran-Qum magistral yolunu da bombalayıb: "Nəticədə nəqliyyatın hərəkətində problem yaranıb, avtomobillər alternativ yollara yönəldilib. Bundan başqa, İsrail ordusu Kirmanşah əyalətindəki Farabi xəstəxanasını da vurub"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
14
1
mia.az

2Mənbələr