AZ

Trampdan yeni smartfon sürprizi: öz mobil operatorunu da qurdu FOTO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Trump Organization” yeni smartfon və öz markalı mobil xidmətini təqdim edib. “Trump Mobile” adlanan bu xidmət ABŞ-ın əsas telekommunikasiya şirkətlərinə mühafizəkar yönümlü alternativ olaraq təqdim olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Trump Mobile” çərçivəsində təqdim olunan T1 adlı smartfon qızılı rəngdədir və 499 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Cihaz “Android” əməliyyat sistemi ilə işləyir.

“Trump Organization”ın vitse-prezidenti Erik Tramp “Fox Business” telekanalına açıqlamasında bildirib ki, bu smartfon ABŞ-da istehsal olunub. T1 sentyabr ayından satışda olacaq və hazırda ön sifariş üçün artıq yeni sayt istifadəyə verilib.

Həmçinin oxuyun:

Bu telefon markası tarixə qovuşur

Cihaz üçün 100 dollarlıq ilkin ödəniş tələb olunur. Telefon 50 meqapiksellik əsas kamera və 256 QB daxili yaddaşla təchiz edilib.

Yeni mobil xidmət aylıq 47,45 dollar qiyməti ilə təqdim olunur. Bu məbləğ Trampın əvvəllər ABŞ-ın 45-ci, hazırda isə 47-ci prezidenti olması ilə bağlı simvolik məna daşıyır. Paketə ölkədaxili limitsiz zəng və mesajlaşma, həmçinin 100 ölkəyə beynəlxalq zəng imkanı daxildir. Müştəri xidmətləri ABŞ ərazisində fəaliyyət göstərəcək və xidmət ölkənin 3 əsas mobil operatorunun infrastrukturuna əsaslanacaq.

T1 smartfonu “Trump” brendi altında lisenziyalı ticarət nişanı ilə təqdim olunur. Yəni Tramp ailəsi telefonun dizaynı, istehsalı və ya mobil xidmətin texniki təminatında birbaşa iştirak etmir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
globalinfo.az

1Mənbələr