AZ

İran İsraili ittiham etdi: “Bu, iyrənc cinayətdir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İsrailin Tehranda yerləşən dövlət televiziya və radio şirkəti IRIB-in qərargahına endirdiyi zərbə iyrənc hərbi cinayətdir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib. O bu barədə rəsmi “X” hesabında paylaşım edib.

Bəqai BMT Təhlükəsizlik Şurasını təcili tədbir görməyə çağırıb və İsrailin bu cür hücumlarının qarşısının alınmasını tələb edib.

Xatırladaq ki, 16 iyun tarixində İsrail Tehranın mərkəzində yerləşən IRIB-in qərargahını raket atəşinə tutub. Zərbə nəticəsində binada yanğın baş verib. Hadisə baş verən anda aparıcı canlı efirdə studiyanı tərk edib, IRIB-in yayımı qısa müddətə dayandırılıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
globalinfo.az

1Mənbələr