AZ

Netanyahu Tehranı ittiham etdi: “Saxta danışıqlarla ABŞ ı aldadırlar”

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın hərbi əməliyyatları dayandırmağa və nüvə proqramı üzrə danışıqlara qayıtmağa hazır olduğu barədə yayılan məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “ABC News” telekanalına müsahibəsində danışıb.

“Mən təəccüblənmirəm. Onlar yalan, hiylə və manipulyasiyalarla ABŞ-ı aldatmaq üçün bu saxta danışıqları davam etdirmək istəyirlər. Bizim bu barədə çox etibarlı kəşfiyyat məlumatlarımız var”, – deyə Netanyahu bildirib.

O, əlavə edib ki, Tehranın əsl məqsədi nüvə potensialını artırmaq və ballistik raket arsenalını genişləndirməkdir. Netanyahu bu raketlərin İsrail əhalisinə qarşı istifadə olunduğunu iddia edib.

“Buna yol verilməyəcək”, – deyə o vurğulayıb.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
globalinfo.az

1Mənbələr