AZ

U-17 Liqasında “Neftçi” 108 xalla çempion oldu

AFFA-nın 17 yaşadək futbolçular arasında keçirdiyi U-17 Liqasında 2024/2025-ci illər mövsümünün qalibləri mükafatlandırılıb.

Arena.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində təşkil edilmiş tədbirdən əvvəl keçirilən sonuncu – 45-ci turun axırıncı oyunlarında “Neftçi” “Turan Tovuz”u 6:0, “Qarabağ” isə “Səbail”i 8:0 hesabı ilə məğlub edib.

Bununla da “Neftçi” 109 xalla mövsümü çempion, “Qarabağ” isə 108 xalla ikinci pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub.

Çempionatda 3-cü yeri tutan “Zirə” bürünc, 2-ci pillənin sahibi “Qarabağ” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, U-17 Liqasında mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev iştirak ediblər.

Seçilən
6
6
arena.az

10Mənbələr