Musavat.com xəbər verir ki, İran bu gecə İsrailin “işğal olunmuş ərazilərinə” qarşı raket hücumlarının yeni dalğasına start verib.
Bu barədə xəbəri İrana yaxınlığı ilə tanınan “Tasnim” agentliyi yayıb.
Agentlik hücumun saat 23:37-dən etibarən başladığını bildirir.
Hücumun hədəfi, raketlərin sayı və vurulan obyektlər barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, bu, son günlərdə İranın həyata keçirdiyi ardıcıl raket zərbələrinin üçüncü dalğasıdır.
Musavat.com