Çeçenistanın "Axmat" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Qroznı təmsilçisi 43 yaşlı Aleksandr Storojuka tapşırılıb.
"Krasnodar" və Tula "Arsenal"ının sabiq çalışdırıcısı 3 illik müqaviləyə imza atıb.
Storojuk Birinci Liqadakı mübarizəni turnir cədvəlinin 10-cu pilləsində başa vuran "Arsenal"dan iyunun 11-də ayrılıb.
Rusiya Premyer Liqasında 14-cü yeri tutan "Axmat" "Ural" ilə iki pley-off matçının nəticələrinə əsasən (1:2, 2:0) elitadakı yerini qoruyub. Qafqazlıların sabiq baş məşqçisi Sergey Taşuyev pley-offun ilk oyunundan sonra postunu tərk edib.
Nihat