AZ

CAS "Droheda Yunayted"in apelyasiyasını təmin etməyib

İrlandiya kubokunun qalibi "Droheda Yunayted"in UEFA Konfrans Liqasında iştirak etmək üçün verdiyi apelyasiya təmin olunmayıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb.

"Droheda Yunayted"lə Danimarkanın “Silkeborq” klubu eyni - "Trivela Group" şirkəti tərəfindən maliyyələşdiyi üçün UEFA irlandiyalıları Konfrans Liqasından kənarlaşdırıb. Bu qərarla razılaşmayan komandanın rəhbərliyi qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, nəticə dəyişməyib.

Qeyd edək ki, İrlandiya kubokunun finalında "Droheda Yunayted"ə uduzan "Derri Siti" isə turnirə qatılmaq istəməyib. Nəticədə 2025/2026 mövsümdə UEFA yarışlarında ölkəni "Şemrok Rovers" və "Saint Patriks" təmsil edəcəklər.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr