AZ

Berbok deputat mandatından imtina etdi

Almaniya xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra deputat mandatından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti məlumat yayıb.

“Keçmiş xarici işlər naziri parlamentdəki kreslosundan imtina etdiyini rəsmən bəyan edib. Belə ki, hesabata görə, Yaşıllar Partiyasından olan siyasətçi iyunun 30-dan sonra Almaniya Bundestaqını tərk edəcək”, - məqalədə bildirilir.

Qeyd edək ki, iyunun 2-də Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçilib.

Seçilən
28
8
qafqazinfo.az

10Mənbələr