AZ

“Qarabağ” ilk transferini reallaşdırdı

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.

Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək. Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus oyunçu 2022-ci ildə “Santa Klara”ya (Portuqaliya) icarəyə verilib.

6 aydan sonra geri qayıdıb və “Vitoriya”da çıxış edib. O, son iki mövsümü “Alverka”da keçirib.

İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıdan 24 yaşlı “sambaçı“ Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
16
axar.az

10Mənbələr