AZ

Bakıda “Sportfest-2025” adlı idman festivalının bağlanış mərasimi keçirilib

“QOLAT Sport Services”in təşkilatçılığı ilə Bakıda böyük idman festivalının bağlanış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, sayca üçüncü dəfə reallaşan “Sportfest-2025” adlı genişmiqyaslı tədbirə qatılan gənclərdən ibarət komandalar müxtəlif idman növlərində qüvvələrini sınayıblar.

“Sportfest” zamanı iştirakçılar futbol, voleybol, basketbol, stolüstü tennis və digər idman turnirlərində mübarizə aparıblar.

Festivalın son günündə "Student Cup III" minifutbol turnirinin final mərhələsi baş tutub. Yarışda üçüncülük uğrunda mübarizədə “Harop” ilə “Oğuz Edu” komandaları üz-üzə gəlib. Matç “Oğuz Edu”nun 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionluq uğrunda görüşdə isə “Greenwolves” kollektivi “iSCHOOL” komandasını 3:2 hesabı ilə məğlub edərək minifutbol turnirinin qalibi olub. Qalib komandaya pul mükafatı və dəyərli hədiyyələr təqdim olunub.

“Sizi idmana dəvət edirik” şüarı ilə aprelin 26-da start götürən festival çərçivəsində güclərini yoxlayan iştirakçılar, eyni zamanda, yaradılan əyləncə zonalarından istifadə edərək asudə vaxtlarını səmərəli şəkildə keçiriblər. Festival zamanı qurulan fan-zonalar, stolüstü oyunlar, interaktiv idman guşələri, müxtəlif idman növləri üzrə seminarlar, tanınmış idmançılarla görüş, canlı musiqi və DJ performansları, həm idmançılar, həm də ziyarətçilər üçün unudulmaz anlar yaşadıb.

Seçilən
16
2
90deqiqe.az

3Mənbələr