AZ

İtaliyada məktəblərdə telefon QADAĞASI

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

İtaliyada gələn tədris ilindən etibarən lisey şagirdlərinə dərs zamanı və ümumilikdə məktəb saatlarında mobil telefondan istifadə etmək qadağan olunacaq.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Yeni qərar ölkənin Təhsil naziri Cüzeppe Valditaranın imzaladığı və daha əvvəl ibtidai məktəblər üçün tətbiq edilən qadağanın liseləri də əhatə edəcək şəkildə genişləndirilməsi ilə qüvvəyə minib.

Nazir Valditara məsələ ilə bağlı açıqlamasında bildirib:

"Bu müdaxilə artıq təxirə salına bilməz. Çünki elmi araşdırmalar göstərir ki, smartfonların həddindən artıq və ya səhv istifadəsi yeniyetmələrin sağlamlığına, rifahına və məktəb uğurlarına mənfi təsir göstərir.”

O həmçinin qeyd edib ki, beynəlxalq qurumlar və aparılan tədqiqatlar, artan narahatedici meyillərlə mübarizə üçün tədbirlərin vacibliyini ortaya qoyur.

Yeni qaydalara əsasən, ibtidai siniflərdən liseyə qədər yalnız xüsusi ehtiyacı olan – əlilliyi və ya öyrənmə çətinliyi olan şagirdlər istisna təşkil edir. Bu kateqoriyaya daxil olan şagirdlər telefonlardan dəstək vasitəsi kimi istifadə edə biləcəklər.

Həmçinin, texniki təhsil proqramları çərçivəsində, informasiya texnologiyaları və telekommunikasiya kimi sahələrdə ehtiyac olduqda mobil telefondan istifadəyə icazə veriləcək.

Qeyd edək ki, Cüzeppe Valditara 2024-cü ilin iyulunda imzaladığı əvvəlki qərarla ibtidai və orta məktəblərdə telefon istifadəsini qadağan etmişdi. Yeni sənəd isə bu qadağanı liseyləri də əhatə edəcək şəkildə genişləndirir və 2024-2025-ci tədris ilindən qüvvəyə minəcək.

Oksana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azxeber.com

1Mənbələr