AZ

Bitki çaylarından ehtiyyatlı olun Mütəxəssisdən XƏBƏRDARLIQ

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Bitki çayları sağlamlıq üçün faydalı sayılsa da, bəzən düşündüyümüz qədər günahsız olmaya bilirlər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Biruni Universiteti Tibb Fakültəsinin həkimi Doç. Dr. Oğuzhan Öztürk bəzi bitki çaylarının tərkibinə dərman qarışdırıldığını bildirərək yalnız etibarlı mənbələrdən alınmasının vacibliyini vurğulayıb.

Son illərdə arıqlamaq, immuniteti gücləndirmək, cinsi gücü artırmaq məqsədilə istifadə edilən bu çaylar bəzən zərər verə bilər. Öztürk deyib ki, hər bitki hər kəs üçün uyğun deyil və dozanın aşılması toksik təsir göstərə bilər:

"Fayda verən miqdarla zərər verən miqdar arasında sərhəd nazikdir. İnsanlar daha çox içdikcə daha çox fayda görəcəyini düşünür, halbuki bu zərər verə bilər.”

ABŞ-da aparılan araşdırmaya görə, bitki çayına bağlı qaraciyər zəhərlənməsi üç dəfə artıb. Öztürk, fayda göstərməyən bitki çaylarının davamlı içilməsinin lazım olmadığını deyir:

"Xüsusilə arıqlamaq məqsədilə istifadə edilən çayların təsiri şişirdilir. Əgər fayda yoxdursa, istifadəni dayandırmaq lazımdır.”

Doz və təsirin insandan insana dəyişdiyini bildirən mütəxəssis, məhsulların yalnız yoxlanılmış və rəsmi yerlərdən alınmasının vacib olduğunu deyir. Çünki bəzi məhsullarda dərman qalığına rast gəlinib.

Bitki çayı içərkən bu 3 məqama diqqət:

1. Etibarlı mənbədən alın,

2. Əvvəl az miqdarda yoxlayın,

3. Faydası yoxdursa, istifadəni dayandırın.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azxeber.com

1Mənbələr