"Real" qarşıdakı mövsüm üçün səfər formasını təqdim edib.
Sportal.az xəbər verir ki, "Real" və Adidas 2025/26 mövsümünün səfər formasını təqdim ediblər. Klubun açıqlamasında deyilir:
“Forma ‘Santyaqo Bernabeu’dakı sehrli axşam oyunlarından ilham alıb. Qaranlıq göy rəngli bu dəst axşam oyunlarındakı səmaya bənzəyir. Stadionun görüntüsündən ilhamlanan gümüşü detallar və meydançanın rəngini simvolizə edən yaşıl haşiyələrlə tamamlanır.”
“Real” yeni formada ilk dəfə klublararası dünya çempionatının qrup mərhələsində “Zaltsburq”a qarşı oynayacaq.
saytlarin hazirlanmasi