AZ

Körfəzdə təhlükəli vəziyyət - 900-dən çox gəmi kursunu itirdi

Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb. Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir. Bildirilir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb - onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb. Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir. Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.

Seçilən
10
5
avtosfer.az

6Mənbələr