“Atletiko”nun azarkeşləri Vinisius Juniora qarşı irqçiliyə görə həbs edilib.
Publika.az xəbər verir ki, Madrid prokurorluğu 2023-cü ilin yanvarında İspaniya kubokunun 1/4 finalında derbidən əvvəl “Real Madrid”in 24 yaşlı braziliyalı cinah oyunçusu Vinisiusun kuklasını körpünün altından asan “Frente Atletico”nun ( Atletikoultras) dörd təmsilçisinin hər biri üçün 4 il həbs istəyib.
Onlar təhdid, əsas hüquqlara və ictimai azadlıqlara qarşı hərəkətlərdə ittiham olunurlar. Onlara ümumilikdə 6 min avro cərimə də kəsiləcək.
La Liqa azarkeşlərin məhkum edildiyini açıqlayıb.