AZ

"Real" Diasla yeni müqavilə imzalamağa yaxındır

Madrid "Real"ının vingeri Brahim Dias yaxın günlərdə klubla yeni uzunmüddətli müqavilə bağlayacaq.

90deqiqe.Az-ın məlumatına görə, "kral klubu" 25 yaşlı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda mühüm irəliləyişə nail olub. Yeni müqavilənin beş illik olacağı gözlənilir.

Tərəflər artıq razılığa gəlmək üzrədir və yaxın zamanda rəsmi açıqlamanın verilməsi gözlənilir. Növbəti mərhələdə klubun prioriteti qapıçı Tibo Kurtuanın müqaviləsinin yenilənməsidir.

2019-cu ildən "Real Madrid"in futbolçusu olan Brahim Dias bu mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
22
24
90deqiqe.az

10Mənbələr