AZ

Luis Dias öz toyunda dəbdəbə ilə iştirak etdi

İngiltərə çempionu “Liverpul”un 28 yaşlı kolumbiyalı sol cinah hücumçusu Luis Dias özünün toy mərasimində dəbdəbə ilə iştirak edib.

Arena.az məlumat verir ki, Dias bəy qismində qonaqlar qarşısına dişlərini brilyant daşlarla bəzətdirərək çıxıb.

Luis Dias ötən şənbə günü Ceraldin Pons adlı xanımla ailə həyatı qurub. Cütlük 19 yaşından münasibətdədir. Valideynlər birgə övlad böyüdürlər. Bildirilir ki, Luis, Ceraldinə evlilik təklifini hələ 2023-cü ilin iyun ayında edib və xanım iki illk “götür-qoy”dan sonra “hə” cavabı ilə futbolçunu sevindirib.

Toy mərasimi Kolumniyanın Barrankilya şəhərində keçirilib. Toyda Diasın Kolumbiya yığmasındakı oyundaşları – Xuan Kuadrado, Daniel Munyos və Yerri Mina iştirak ediblər. Həmçinin, Diasın “Liverpul”dan keçmiş komanda yoldaşı Fabinyo öz həyat yoldaşı ilə toya buyurub.

Seçilən
30
arena.az

1Mənbələr