AZ

Netanyahu: “İran danışıqlar masasında yox, onu partlatmaq istəyir”

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışıqlara dair sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, İranın məqsədi problemin həlli deyil, əksinə, danışıqları ört-basdır edib nüvə silahı hazırlamaqdır.

KONKRET.az xəbər verir ki, Netanyahu bu barədə verdiyi son açıqlamada bildirib:

“İran danışıqlar masasında əyləşmək istəmir, o, həmin masanı partlatmaq niyyətindədir.”

İsrail lideri İranın nüvə danışıqlarını yalnız vaxt qazanmaq üçün istədiyini iddia edib:

“Onlar danışıqlar adı altında nüvə silahı proqramlarını davam etdirmək istəyirlər. Bu, baş verməyəcək.”

Netanyahunun bu bəyanatı bölgədəki gərgin fonda səslənir və Tel-Əvivin Tehranla bağlı kompromisə açıq olmadığını bir daha göstərir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr