AZ

Gəncədə 42 yaşlı kişi ov tüfəngi ilə vurulduVİDEO

Gəncədə qətl hadisəsi törədilib.

Xezerxeber.az xəbər verir ki, iritonnajlı yük maşınında sürücü işləyən tanışlar onlardan birinin evinin yaxınlığında mübahisə ediblər. Qısa zamanda qızışan mübahisə zamanı odlu silahdan atəş açıılb.

Bir neçə ildir ki, Cavadxan qəsəbəsində yeni tikdiyi evdə məskunlaşan mərhum qonşuların sözlərinə görə olduqca mülayim, xoşxasiyyət insan olub. Onun indiyədək hansısa münaqişədə iştirakını görən olmayıb.

Hadisədən sonra yaralı dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prkurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr