AZ

"Neftçi" Dembo Darbo ilə yollarını ayırdı

Bakı. Trend:

"Neftçi" klubu hücumçu Dembo Darbo ilə yollarını ayırıb.

Trend-in klubdanəldə etdiyi məlumata görə, 26 yaşlı qambiyalı futbolçununmüqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda "Neftçi"yə transfer olunanDarbo komandanın heyətində 19 rəsmi oyuna çıxıb və 5 qola imzaatıb.

Seçilən
34
az.trend.az

1Mənbələr