AZ

Ərəblər onun üçün 52 milyon avro ödəməyə hazırdır

İtaliyanın "Fiorentina" klubunda çıxış edən hücumçu Moyze Kinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən yaydığı məlumata görə, 25 yaşlı forvarda Səudiyyə Ərəbistanının "Əl-Qadisiyyə" klubu ciddi maraq göstərir.

Səudiyyə təmsilçisinin Kinin müqaviləsindəki 52 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilir. Klub artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslara da başlayıb.

Buna baxmayaraq, Moyze Kin karyerasını Avropada, xüsusilə də A Seriyasında davam etdirməyə daha çox meyllidir. Ona həmçinin "Mançester Yunayted" və "Fənərbağça" klublarının da maraq göstərdiyi bildirilir, lakin bu komandalar hələlik rəsmi təkliflə çıxış etməyiblər.

"Fiorentina" isə Kinin komandada qalmasını istəyir və hazırda 2029-cu ilin yayına qədər qüvvədə olan müqavilənin şərtlərinin yaxşılaşdırılması istiqamətində iş aparır.

Qeyd edək ki, Moyze Kin geridə qalan A Seriyası mövsümündə 32 oyuna 19 qol vuraraq liqanın ən məhsuldar ikinci futbolçusu olub.

Seçilən
22
90deqiqe.az

1Mənbələr