"Barselona" rəsmi saytı vasitəsi ilə Asiya turnesində Yaponiya və Cənubi Koreya komandaları ilə yoxlama oyunları keçirəcəyini bəyan edib.
Fanat.Az xəbər verir ki, "blauqrana"nın mövsümöncəsi turnesi iyulun 24-də başlayacaq.
Bu tarixdə Yaponiyaya yollanacaq Kataloniya komandası iyunun 27-də yerli "Vissel Kobe" ilə üz-üzə gələcək. İspaniya nəhənginin Cənubi Koreyadakı oyunlarına gəlincə, sözügedən kollektiv iyulun 31-də "Seul", avqustun 4-də isə "Tequ" ilə qarşılaşacaq.
Qeyd edək ki, geridə qalan mövsümdə La Liqanın, İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olan "Barselona" 2019-cu ildən bəri ilk dəfə Asiya turnesinə yollanacaq.
Nihat