Amerika tanker təyyarələri ABŞ bazalarını kütləvi şəkildə tərk edir, ehtimal ki, İran və İsrail arasında döyüşlərə qoşula bilər.
İNFOAZ.WS oxu24-ə istinadən xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələri Amerika materikindəki bazalardan KC-135 və KC-46 hava tankerlərinin görünməmiş kütləvi şəkildə Atlantik okeanı boyunca yerləşdirilməsi həyata keçirib və bu, təyyarənin davam edən İsrail-İran müharibəsi üçün nəzərdə tutula biləcəyi ilə bağlı ciddi fərziyyələrə səbəb olub”,-deyə sayt yazır.
Nəşrin versiyasına görə, təyyarələr İsrail qüvvələrinə yanacaq doldurmaq üçün Yaxın Şərqə göndərilib.
Jurnalın məlumatına görə, təyyarələrin sayı artıq 30-u keçib, lakin onların sayı artmaqda davam edir.
Qeyd edək ki, İran daha öncə döyüşlərlə bağlı rəsmi bəyanat yaymışdı.