AZ

İraqın müdafiə naziri: Biz istənilən vəziyyətə tam hazırıq

İraqın müdafiə naziri Sabit Abbasi bildirib ki, İraq qüvvələri hər cür mümkün vəziyyətə tam hazırdır.

İraqın rəsmi xəbər agentliyi İNA Abbasinin açıqlamalarını yayıb.

Ölkədəki təhlükəsizlik vəziyyətinin sabit olduğunu bildirən Abbasi, İsrailin İraqa qarşı mümkün hücumu ilə bağlı "İraq qüvvələri hər cür ola biləcək vəziyyətə tam hazırdır",- deyə bildirib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də İsrailin Yaxın Şərqdə müharibə ərazisini genişləndirməyə çalışdığını bildirib.

Seçilən
20
aznews.az

1Mənbələr