Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 29 nəfər həyatını itirib.
Açıqlamada paytaxtın Nqaliema bölgəsi başda olmaqla səkkiz rayonda bir çox evin su altında qaldığı və infrastruktura ciddi ziyan dəydiyi açıqlanıb.
Daxili İşlər Nazirliyi qeyd edib ki, iyunun 15-də keçirilən böhran iclasında dəymiş ziyanın qiymətləndirilməsi üçün nazirliklərarası operativ qrup yaradılıb.
Bildirilib ki, sürüşmə nəticəsində paytaxtın bir çox məhəllələrində infrastruktura və evlərə ciddi ziyan dəyib, bir çox əsas yollar su altında qalıb.