Azərbaycan cüdo yığması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında birinci medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev nail olub.
O, bürünc medal uğrunda görüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalişviliyə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Xatırladaq ki, bundan əvvəl tatami üzərinə cüdoçularımızın hamısı - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) medalsız qalıb.