AZ

Tokayev və Si Cinpin arasında danışıqlardan sonra Qazaxıstanla Çin 24 sənəd imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Astanada keçirilən danışıqlardan sonra hökumətlərarası və idarələrarası 24 sənəd imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat xidməti məlumat yayıb.

“İki ölkənin nümayəndə heyətlərinin üzvləri energetika, aerokosmik, rəqəmsallaşma, gömrük tənzimlənməsi, kənd təsərrüfatı, elektron ticarət, turizm, əqli mülkiyyət, enerji sektorunun inkişafı sahələrində əməkdaşlığı əhatə edən sənədlər mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Bundan əlavə, hökumətlərarası səviyyədə investisiyaların təşviqi və qarşılıqlı qorunması, texniki-iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Bundan əvvəl Tokayevlə Cinpin arasında danışıqlar Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub. Çin Sədri Qazaxıstan liderinin dəvəti ilə bazar ertəsi Astanaya gəlib və çərşənbə axşamı ikinci Çin-Mərkəzi Asiya sammitində iştirak edəcək.

Seçilən
31
report.az

1Mənbələr