İsrail və İran arasında cavab hücumları dördüncü gündür ki, davam edir.
İsrailin başlatdığı və İranın bir-birinin ardınca Təl-Əvivə raketlər göndərdiyi hücumlarla bağlı son bir neçə dəqiqədə yeni bir hadisə baş verib.
İsrailin baş naziri Benyamin Netanyahu İranın paytaxtı Tehran əhalisinə müraciət edib.
"İsrail hərbi-hava qüvvələri Tehran səmasında nəzarəti ələ keçirib. Biz iki əsas məqsədimizə nail olmaq ərəfəsindəyik. Birincisi nüvə təhlükəsini aradan qaldırmaq, ikincisi isə raket təhlükəsini aradan qaldırmaqdır", - Netanyahu bildirib.