Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin daha 1 245 hərbçisinin cəsədini Kiyevə təhvil verib.
Far.Az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə Ukrayna tərəfi İstanbul razılaşmaları çərçivəsində indiyədək 6 057 hərbçisinin nəşini geri alıb.
Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib ki, bu, cəsədlərin təhvil verilməsi ilə bağlı dördüncü mərhələdir.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə qeyd edib ki, Rusiya İstanbulda əldə edilən bütün humanitar razılaşmalara əməl edib və ümumilikdə 6 060 ukraynalı hərbçinin cəsədini Ukraynaya qaytarıb.
Onun sözlərinə görə, Rusiya tərəfi isə indiyədək 78 hərbçisinin cəsədini geri alıb. Əsirlərin mübadiləsi prosesi isə davam edir.