AZ

O da Qurban Qurbanova lazım deyil

“Qarabağ”ın iki futbolçusu – İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə ötən mövsümü icarə əsasında “Zirə”də keçirdi.

İsmayıl İbrahimli bir neçə gün əvvəl Ağdam təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq “qartallar”la razılığa gəldi.

Rüstəm isə Rəşad Sadıqovun gələcək planlarına daxil olmadığından, faktiki “Qarabağ”ın futbolçusuna çevrildi. Çünki 2021-ci ilin dekabrında bağlanan müqavilənin şərtinə əsasən Rüstəm 2026-cı ilin iyununa qədər “köhlən atlar”a məxsusdur.

Saytımıza daxil olan məlumata görə, baş məşqçi Qurban Qurbanovun Rüstəmin xidmətində maraqlı deyil.

24 yaşlı futbolçu ilə 1 illik sözləşmə qüvvədə olduğundan, onun başqa kluba sərbəst keçidi və ya icarəyə verilməsi mümkündür. Hazırda bu yöndə müəyyən işlər görülməkdədir.

Əhmədzadə 2021/22 mövsümünün ikinci yarısında “Qarabağ”ın heyətində 8 oyunda meydana çıxsa da, heç nə ilə yadda qalmayıb.

2022-2025-ci illər aralığında icarə əsasında formasını geyindiyi “Zirə”də 96 görüşdə 8 qol vurub, 8 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Seçilən
10
sportinfo.az

1Mənbələr