AZ

İsrail ordusu Livanın cənubuna yeni zərbə endirdiyini bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) İrana qarşı davam edən hücumlar fonunda Livanın cənubuna zərbələr endirib.

“İDF Livanın cənubundakı Hula bölgəsində “Hizbullah” terrorçusunu vuraraq öldürüb”, - deyə məlumatda bildirilir.

İsrail ordusu mayın 31-də İsrail ordusunun Livanın cənubunda Hizbullah raket batalyonunun komandiri Məhəmməd Əli Camulu öldürdüyünü açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, Camul Deyr əz-Zəhrani bölgəsində Hizbullahın terror infrastrukturunu yenidən qurmağa cəhd edirdi.

Seçilən
4
aznews.az

1Mənbələr