“Neftçi” hücumçusu Dembo Darbo ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, 26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.


2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.