AZ

İnsanlardan canlı qalxan

İranın fars-molla rejimi hər zaman silah, raket və hərbi ləvazimat anbarlarını yaşayış məntəqələrində – insanların yaşadığı evlərə, məktəblərə, məscidlərə və ictimai binalara yaxın yerlərdə gizlədir. Bu məsələ təkcə Tehranda yox, bəlkə Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Həmədan, Əhvaz, Kirmanshah kimi şəhərlərdə də müşahidə olunur. Bu siyasətin bir neçə əsas səbəbi var və bu səbəbləri başa düşmək, rejimin psixoloji oyunlarını ifşa etmək üçün çox önəmlidir.

 

1. İnsanları canlı qalxan kimi istifadə etmək

Rejim bilərəkdən silah və raketləri insanların yaşadığı yerlərə yaxın saxlayır. Niyə? Çünki əgər bir düşmən bu yerləri bombalasa, günahsız insanlar öləcək və rejim bundan təbliğat üçün istifadə edəcək: “Bizim günahsız insanlara hücum etdilər!” deyərək özünü qurban kimi göstərmək istəyəcək.

 

2. Kəşfiyyatın qarşısını almaq və yalançı məlumat yaymaq

Hərbi obyektləri gizlətmək üçün rejim onları rəsmi hərbi bazalar əvəzinə adi görünən yerlərdə gizlədir. Məsələn, Təbrizin bir məhəlləsində adi bir anbar kimi görünən yerdə, əslində raket və silah gizlədir. Bu yolla xarici kəşfiyyatın bu yerləri tapması çətinləşir.

 

3. Kütlə üstündə təzyiqi artırmaq və qorxu yaratmaq

Əgər bir bölgədə hərbi anbar yerləşdirilsə, oraya çox sayda təhlükəsizlik qüvvəsi cəlb olunur. Beləliklə, rejim o bölgədə yaşayan insanların üzərində daha çox təzyiq yaradır, etiraz edənlərə “bu ərazi təhlükəsizlik zonasıdır” deyərək onları susdurur. Təbriz və digər şəhərlərdə bu siyasət dəfələrlə müşahidə olunub.

 

4. Dinc əhalinin canına qiymət verməmək

Fars molla Rejimi üçün dinc əhalinin canı və təhlükəsizliyi önəmli deyil. Onlar üçün əsas məsələ, özlərinin hərbi gücünü qorumaq və iqtidarda qalmaqdır. 44 günlük Qarabağ savaşında necə ki, Güney Azərbaycan türkləri Qarabağın azadlığı üçün ürəklə meydanlara çıxdı, rejim onların səsini boğmaq üçün polis və təhlükəsizlik qüvvələri ilə hücum etdi. Elə həmin düşüncə ilə, bu gün də millətin canı bahasına silahları məhəllələrdə gizlədir.

Biz, Güney Azərbaycan türkləri, rejimin bu kimi çirkin siyasətlərinin fərqində olmalı və həqiqətləri göstərməklə həyasız fars-molla rejiminin yalan maşınını susdurmalıyıq.

Seçilən
5
vaxt.az

1Mənbələr