AZ

İranın yüksək rütbəli rəsmiləri bu ölkəyə qaçacaqlar: Gizli danışıqlar aparılıb

İranın ali dini lideri Əli Xamneyinin administrasiyası rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin hava hücumları səbəbindən vəziyyətin pisləşəcəyi təqdirdə Rusiyaya mümkün təxliyə ilə bağlı bu ölkənin rəsmiləri ilə gizli danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə “İran İnternational” öz məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, yüksək rütbəli Rusiya rəsmisi şəxsən Hicazini əmin edib ki, İranda vəziyyət pisləşərsə, Moskva onun və ailəsi üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək.

Digər yüksək rütbəli İran rəsmiləri də oxşar tədbirlər görüblər. Bildirilir ki, onlardan bəziləri qaçış yolunu artıq yekunlaşdırıb.

Seçilən
12
3
publika.az

4Mənbələr