İsrail Hərbi Hava Qüvvələri İranın rəsmi dövlət televiziyasına məxsus binaya hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, hücum bu gün axşam saatlarında həyata keçirilib. Hədəf alınan obyekt İranın rəsmi dövlət media orqanlarından birinə – dövlət televiziyasının əsas inzibati binasına yönəlib.
Zərbənin nəticəsində binada ciddi dağıntılar olduğu, ölən və yaralananların ola biləcəyi ehtimal edilir, lakin bu barədə hələlik rəsmi məlumat verilməyib.
Vurulma anının görüntülərini təqdim edirik: