AZ

Dzeko İtaliya klubu ilə razılaşdı

BAKI, 16 iyun. TELEQRAF

Türkiyənin “Fənərbağça" komandasının futbolçusu Edin Dzeko karyerasını İtaliyada davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 39 yaşlı hücumçu "Fiorentina" ilə razılaşıb.

A Seriyası təmsilçisi bosniyalı oyunçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə bağlayacaq. O, illik 1,5 milyon avro məvacib alacaq.

Dzeko daha əvvəl İtaliyada “Roma” və “İnter”in şərəfini qoruyub.

Qeyd edək ki, Edin Dzekonun “Fənərbağça” ilə müqaviləsi iyunun 30-na qədərdir. O, son mövsüm ərzində iştirak etdiyi 54 oyunda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
3
teleqraf.com

1Mənbələr