AZ

Leopard dizaynla dəstləşdirə biləcəyiniz 7 geyim və aksessuar FOTO

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Geyimlərdə leopard və ya bəbir dizaynı cəsarətli, iddialı və göz oxşayan bir parça olsa da, hər kəs uyğun geyimlərlə dəstləşdirə bilmir.

Ölkə.Az xəbər verir ki, əbir naxışı artıq nəzərə çarpır. Eyni birləşmədə birdən çox naxışdan istifadə etməyin. Neon rənglər və parlaq tonlar bəbirlə asanlıqla uyğunlaşmır. Minimal parçalarla birləşdirərək balans yaratmaq həmişə yaxşıdır.

Odur ki, leopard dizaynını dəstləşdirmək üçün ən uyğun rəngləri təqdim edirik:

1. Qara

Ən risksiz və ən dəbli kombinasiyadır. Bəbir iddiasını balanslaşdırır və nəcib görünüş verir. Məsələn: Leopard kofta + qara şalvar və ya yubka.

2. Ağ / krem

Bəbir naxışını yumşaldır və zəriflik verir. Xüsusilə yay aylarında təmiz görünrü verir.

Ağ köynək + bəbir dizaynlı yubka ilə sadə, lakin diqqətçəkən kombinasiya yarada bilərsiniz.

3. Bej/nud tonları

Leopardın təbii qəhvəyi tonları ilə birləşir. Ton-sür-ton zəriflik əldə edilir.

Oversayz bej trençkot + leopard çanta = Eleqant balans.

4. Qırmızı / tünd qırmızı

Cəsarətli və nəzərəçarpan kontrast olacaq.Axşam dəvətləri və ya xüsusi günlər üçün idealdır.

Leopard paltar + tünd qırmızı pomada = Qadınsı və güclü.

5. Xaki / zeytin yaşılı

Təbiətlə harmoniyada, safari atmosferində üslub yaradır. Xüsusilə payız/qış kombinasiyalarına üstünlük verilir.

Bəbir köynək + xaki şalvar = Mürəkkəb gündəlik stil.

6. Denim/Cins mavisi 

Bəbiri təsadüfi və müasir edir. Leopard kofta + cins gödəkçə = Küçə modasının harmoniyası.

7. Qızıl sarısı / bronz tonları (aksessuar kimi)

Bəbirin isti alt tonlarını vurğulayır. Zinyət əşyaları, çanta və ya ayaqqabıda istifadə edilə bilər.

Billurə

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
olke.az

2Mənbələr