AZ

İspaniya klubuna təyinat aldı

“Sevilya”nın yeni baş məşqçisi məlum olub. Komandanı bundan sonra Matias Almeyda çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Məşhur insayder argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanacağını bildirib. 51 yaşlı məşqçi daha əvvəl ölkəsində “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, Yunanıstanda isə AEK-i çalışdırıb.

Əlavə edək ki, “Sevilya” La Liqada son mövsümü 17-ci yerdə başa vurub. Komandanın uğursuz çıxışı Xoakin Kaparrosun istefasına səbəb olub.

Seçilən
7
1
football-plus.az

2Mənbələr