“Atletiko”nun baş məşqçisi Dieqo Simeone FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda PSJ-yə məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, Fransa nəhəngi Madrid təmsilçisini 4:0 hesabı ilə darmadağın edib.
Dieqo Simeone matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Müxtəlif hissəllər – sanki müxtəlif oyunlar idi. Birinci hissədə onlar güclü idilər, xüsusən də oyuna nəzarət sayəsində. Onlar həmçinin daha məhsuldar idilər. Biz Antuan Qrizmann endirdiyi zərbə sayəsində hesabı bərabərləşdirə bilərdik, amma elə, həmin hücumdaca onlar yaxşı əks-hücum gerçəkləşdirərək, ikinci qolu vurdular.
Bizim, topa daha çox nəzarətimiz və əminliyimiz əskik idi. Biz topu özümüzə qaytara, soyuqqanlıq və səbr nümayiş etdir bilmədik ki, rəqibi müdafiə olunmağa sövq edə bilək. Digər komanda yaxşı hücum, təpki edəndə, top çalanda və sənə irəliləməyə imkan verməyəndə, özünü qoymağa sadəcə yer tapmırsan. Dediyim kimi, Qrizmanın zərbəsindən sonra hesabı bərabərləşdirmək fürsətimiz vardı, amma onların qapıçısı qurtarış etdi, biz isə bu çətin vəziyyətdə qaldıq. 0:4 hesabı – bu, çox pisdir, amma buna rəğmən, hər şey hələ də özümüzdən asılıdır”, – AS dərgisi 55 yaşlı argentinalı mütəxəssisdən sitat gətiir.
1-ci turdan sonda PSJ və “Botafoqo” “B” qrupunun yarış cədvəlində 3 xalla müvafiq olaraq 1-ci və 2-ci pillələrdə qərarlaşıblar. Xalsız “Sietl Saunders” və “Atletiko” isə müvafiq olaraq 3-cü və 4-cü yerlərdədirlər.