AZ

Luis Enrike “Atletiko” zəfəri haqda: “Biz xoşbəxtik”

PSJ-nin baş məşqçisi Luis Enrike FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda Madrid “Atletiko”su üzərində qələbəni şərh edib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi “döşəkçilər”i 4:0 hesabı ilə məğlub edib.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənim təəssüratıma görə, bu, lövhədə hesabı nümayiş etdirməkdən çətin idi. Orada çox isti idi! Biz xoşbəxtik və özümüzün müsbət silsiləsini sürdürürük. Bu, çox yaxşı oyun idi. Ab-hava? Bizə çox xoş gəldi. Azarkeşlərin dəstəyi kimi bir duyğunu hiss etmək çox xoşdur. Biz davam etməliyik. Biz kamilləşməli və müvafiq nəbzi qoruyub-saxlamalıyıq. Bu, fərqli yarışıdır, amma çox cəlbedicidir”, – AS dərgisi 55 yaşlı ispan mütəxəssisdən sitat gətirir.

1-ci turdan sonda PSJ və “Botafoqo” “B” qrupunun yarış cədvəlində 3 xalla müvafiq olaraq 1-ci və 2-ci pillələrdə qərarlaşıblar. Xalsız “Sietl Saunders” və “Atletiko” isə müvafiq olaraq 3-cü və 4-cü yerlərdədirlər.

Seçilən
19
arena.az

1Mənbələr